Xəbərlər

İsrailin maliyyə naziri istefa edib

İsrailin maliyyə naziri Bezalel Smotriç vəzifəsindən istefa edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” Smotriçin ölkənin Baş naziri Benyamin Netanyahuya ünvanladığı məktuba istinadən məlumat yayıb.

Qeyd edilib ki, Smotriç məktubda Knessetdə deputat kimi qayıdacağını elan edib.

Verilən məlumata görə, bu, texniki tədbirdir və Smotriç tezliklə postuna qayıtmaq niyyətindədir.