İsrailin müdafiə naziri İsrail Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni hücumundan sonra Tehran sakinlərini hədələyib.
“Füyuzat”ın məlumatına görə, Katz özünün “X” sosial media səhifəsində yazıb:
“Tehrandakı təkəbbürlü diktator İsrail ordusunu onun imkanlarına xələl gətirən hücumu davam etdirməkdən çəkindirmək üçün mülki İsrail sakinlərini hədəfə alan qorxaq qatilə çevrilib. Tehran xalqı bunun əvəzini ödəyəcək. Tezliklə”.