Xəbərlər

İsrailin Qəzza zolağına hücumu nəticəsində daha 22 fələstinli ölüb

İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində daha 22 fələstinli həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bunu Qəzza zolağının Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal deyib.

Qeyd edilib ki, hücumlar nəticəsində Qəzza zolağının şimal və mərkəzi hissəsində, Cibaliya və Nuseyrat qaçqın düşərgələrində, həmçinin Rəfah şəhərində itkilər olub.