Xəbərlər

İsrailin Qəzzaya hücumları zamanı bir gündə 20 nəfər həlak olub

Ötən gün ərzində İsrail Müdafiə Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qəzza sektorunda azı 20 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlik bildirib ki, 16 sentyabr bazar ertəsi günü İsrail ordusunun hücumları zamanı azı 76 fələstinli yaralanıb: “Zərərçəkənlərin çoxu hələ də dağıntılar altındadır”.