Xəbərlər

İsrailin şimalında 4 dəfə hava hücumu xəbərdarlığı elan edilib

İsrailin şimalında 5 dəqiqə ərzində 4 dəfə hava hücumu xəbərdarlığı elan edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İsrailin şimalındakı Zarit, Şomera, Yiftah və Ərəb əl-Aramşe yaşayış məntəqələrində hava hücumu sirenləri səslənib.