İsrailin xarici işlər naziri Gideon Saar Amsterdamda futbol maçının sonunda “Makkabi Təl-Əviv” azarkeşlərinə edilən hücumdan sonra təcili Hollandiyaya səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Amsterdamda baş verən ciddi insidentlərlə əlaqədar olaraq, İsrailin xarici işlər naziri Gideon Saar, Baş nazir Benyamin Netanyahu ilə razılaşaraq, Hollandiyaya təcili siyasi səfərə gedib, nazir Hollandiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşəcək”, – məlumatda bildirilib.