“NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakımın əsas məqsədi qərbli həmkarlarımı İrana qarşı mübarizədə qüvvələri birləşdirməyin zəruriliyinə inandırmağa çalışmaq olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri İsrael Katz bildirib.
“Mən Vaşinqtona İsraili təmsil etmək üçün gedirəm, onlarla lider və xarici işlər nazirinə, bütün gücümüz və qətiyyətimizlə İrana qarşı durmağın vaxtıdır deyəcəm”, – Katz qeyd edib.
“Bizim ortaq düşmənimiz var – İran rejimi. Son seçkilərdə İran xalqı Ayətullahlar rejiminin əleyhinə çıxış edərək, dəyişiklik tələb edir. Məhz indi Qərb dünyası İrana qarşı sərt sanksiyalar tətbiq etməlidir. İran rejiminə təzyiqləri artırmaq, nüvə proqramının ləğvini və terror təşkilatlarına dəstəyi dayandırmağı tələb etmək və İran İslam İnqilabı Keşikçiləri Korpusunu əsl adı ilə planetin ən böyük terror təşkilatı adlandırmaq vaxtıdır”, – israilli nazir deyib.
NATO-nun növbəti sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. NATO dövlət başçılarının görüşünə Azərbaycan, Ermənistan, Gürcüstan, İsrail, ərəb ölkələrinin və Hind-Sakit Okean regionundakı NATO tərəfdaşlarının nümayəndələri də dəvət olunub.