İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus bu gün Bakıya gələcək.
“Füyuzat” Azərbaycan-İsrail Alyansına (AIA) istinadən məlumat yayıb.
Qeyd olunub ki, R.Kraus etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə Prezident İlham Əliyevə təqdim edəcək. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə səfər edəcək.



