Xəbərlər

İsrailli nazir: Qəzzaya hücumlar daha 12 ay davam edəcək

İsrailin strateji işlər naziri Ron Dermer Qəzzaya hücumları 12 ay daha davam etdirəcəklərini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“12 ay sonra 7 oktyabr müharibəsi bitəcək. Daha çox ölkə İsraillə sülh istəyəcək, lakin bunun açarı qələbədir. Biz ABŞ prezidenti Donald Trampın İsrail üçün nəticəsi pis olacaq bir müqavilə imzalamayacağına inanırıq”, – nazir əlavə edib.