Xəbərlər

İsveç 2025-ci ildə Latviyaya qoşun göndərəcək

İsveç alyansın şərq sərhədində NATO qüvvələrini gücləndirmək üçün 2025-ci ilin əvvəlində Latviyaya qoşun göndərəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin baş naziri başçısı Ulf Kristersson Stokholmda Latviyanın baş naziri Evika Silina ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün səhər İsveç hökuməti silahlı qüvvələrə NATO-nun məhdud mexanikləşdirilmiş batalyonunun təlimini Latviyada reallaşdırmaq barədə əmr verib. Məqsəd onların gələn ilin əvvəlində bu ölkədə yerləşdirilməsinə nail olmaqdır”, – Kristersson qeyd edib.