İsveç hökuməti İraqa inkişaf məqsədilə ayırdığı yardımı dayandırmaq qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə xarici ticarət və beynəlxalq inkişaf əməkdaşlıq naziri Yohan Forssel deyib.
“Bunun səbəbi İraqın iqtisadi inkişafıdır. İraq böyük maliyyə resurslarına malik ölkədir, öz əhalisi üçün məsuliyyət daşımağı bacarmalıdır”, – nazir söyləyib.
Onun sözlərinə görə, son 10 ildə İraqın inkişafı üçün ayrılan yardımlar təxminən 3 milyard kron (284 milyon dollardan çox) təşkil edib.
Yeni qərarla 2025-ci ildə yardım dayandırılacaq.