İsveç Sahil Mühafizəsi kritik sualtı infrastrukturu qorumaq üçün gəmilərin hərəkətinə nəzarəti artırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə xidmətin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, tədbirlər Hərbi Dəniz Qüvvələri və bəzi idarələrlə birgə həyata keçirilir: “Əsas vəzifələrdən biri gəmiçiliyin monitorinqi, dəniz mühitinin monitorinqi və digər departamentlər üçün məlumatların toplanmasıdır”.
Qeyd edək ki, dekabrın 25-də Finlandiya və Estoniya arasında Finlandiya körfəzinin dibi ilə uzanan “EstLink 2” enerji kabeli qopub, hadisənin səbəbləri aydınlaşdırılır. Finlandiya polisi və sərhədçiləri Kuk adaları bayrağı altında üzən “Eagle S” neft tankerini kabelin zədələnməsində əli olduğu şübhəsi ilə saxlayıb.
“Postimees” qəzeti daha sonra yazıb ki, Estoniya şirkətləri ölkələr arasında üç kabelin zədələnməsi barədə məlumatlandırılıblar. Noyabrın 17-18-də Baltik dənizində biri Almaniyanı Finlandiya ilə, digəri İsveçi Litva ilə birləşdirən iki kabel də zədələnib.