Xəbərlər

İsveç Ukraynaya dəstək üçün 63 milyon avro ayıracaq

“İsveç hökuməti Ukrayna hərbi-sənaye kompleksindən alışların dəstəklənməsi üçün 20 milyon avro, digər hərbi texnikaların alınması üçün isə 43 milyon avro dəyərində vəsait ayıracaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin hökumət idarəsi məlumat yayıb.

Qeyd edilib ki, 2022-ci ilin fevral ayından İsveç Ukraynaya yardım üçün 57,4 milyard kron (4,99 milyard avro) ayırıb ki, bunun da 48,4 milyard kronu (4,20 milyard avro) hərbi dəstək üçündür.