“Avropa İttifaqı (Aİ) Qərb müttəfiqlərindən nümunə götürməli və İsrailin Baş naziri Benyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard bildirib.
“Biz ekstremist baxışları olan ayrı-ayrı nazirlərə qarşı sanksiyalara nail olmaq üçün növbəti addımı atmalıyıq”, – o qeyd edib.



