İsveç Milli Arxeologiya Muzeyinin arxeoloqlarından ibarət qrupu ölkənin cənub-qərbindəki Tvoker kəndi yaxınlığında Vikinq dövrünə aid nəhəng dəfn aşkarlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin Arkeologierna arxeoloji cəmiyyətinin portalı məlumat yayıb.
Qazıntılar zamanı alimlər 139 qəbir, o cümlədən gəmi formasında olan bir neçə kurqan aşkar ediblər. Mütəxəssislər indiyədək məzar kompleksinin cəmi 6 faizini öyrənə bildiklərini qeyd ediblər.
Verilən məlumata görə, komandanın arxeoloji tapıntılarına insan və heyvan sümükləri, metal aksesuarlar və keramika qablar, ox ucları və ayrı-ayrı məzarların ətrafında qayıq formalı strukturlar əmələ gətirən iri daşların daxil olduğu bildirilib.
Alimlərin fikrincə, dəfn yerlərindən biri xüsusilə yaxşı qorunub saxlanılmışdır, orada qurbanlıq heyvanların sümükləri aşkar edilib.
Vikinqlərin dəfn yerinin dəqiq yaşı hələ müəyyən edilməmişdir, lakin komanda onun eramızdan əvvəl 8-9-cu əsrlərə aid olduğunu düşünür ki, bunu da qazıntılar zamanı tapılmış gümüş sikkə parçaları sübut edir.