Xəbərlər

İsveçdə ilk dəfə meymun çiçəyinə yoluxma qeydə alınıb

İsveçdə ilk dəfə meymun çiçəyinə (mpox) yoluxma qeydə alınıb

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

“İsveçdə mpox-a yoluxduğu təsdiqlənən şəxsə tibbi yardım göstərilib”, – məlumatda bildirilib.

Daha əvvəl Afrikada mpox epidemiyası səbəbindən ÜST tərəfindən ictimai sağlamlıq üçün qlobal fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, 2024-cü ildə 14 mindən çox yoluxma qeydə alınıb və 524 nəfər ölüb. Meymun çiçəyi xəstəliyinin yayılması Konqo Demokratik Respublikasında qeydə alınıb, sonradan Burundi, Keniya, Ruanda və Uqandada da bu hallar qeydə alınıb.