Xəbərlər

İsveçin baş naziri Cənubi Koreyaya səfərini təxirə salıb

İsveçin baş naziri Ulf Kristersson Koreya yarımadasının cənubunda 6 saatdan az davam edən hərbi vəziyyətə görə Koreya Respublikasına səfərini təxirə salıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Baş nazirin səfəri dekabrın 5-ə planlaşdırılmışdı.