Xəbərlər

İsveçrə Belarus vətəndaşlarına sanksiya tətbiq edib

İsveçrə Belarusun 27 vətəndaşına qarşı sanksiya tətbiq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.

Qeyd edilib ki, İsveçrə 2022-ci ilin martında Avropa İttifaqının (Aİ) sanksiyalarına qoşulub, onun tətbiq etdiyi məhdudiyyətlərə bir sıra ixrac qadağaları da daxil edilib.