Xəbərlər

İsveçrə İraqdakı diplomatik missiyasının işini bərpa etdiyini açıqlayıb

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) ölkənin Bağdaddakı nümayəndəliyinin bağlanmasından 30 il keçdikdən sonra fəaliyyətini bərpa etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Bu gün İraqda İsveçrənin yenidən diplomatik missiyası var. Bern Bağdadla ikitərəfli münasibətləri gücləndirmək, iqtisadiyyat, təhlükəsizlik və miqrasiya sahələrində əməkdaşlığı dərinləşdirmək istəyir”, – məlumatda qeyd olunub.