Xəbərlər

İsveçrə Rusiyanın 8 media orqanına qarşı sanksiya tətbiq edib

“Avropa İttifaqının (Aİ) ardınca İsveçrə hakimiyyəti səkkiz Rusiya KİV-ini sanksiyalar siyahısına əlavə edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytında bildirilib.

Sanksiya siyahısına digərləri ilə yanaşı onlayn xəbər nəşri “Lenta.ru”, “Zvezda” telekanalı və “Krasnaya Zvezda” qəzeti, “Eurasia Daily” informasiya saytı, “News Front” agentliyi, “SouthFront” saytı, “RuBaltic.ru” portalı və Strateji Mədəniyyət Fondu daxildir. Qeyd olunur ki, məhdudiyyətlər aprelin 23-dən qüvvəyə minəcək.