Xəbərlər

İsveçrə Ukrayna forumu ilə bağlı Rusiya ilə əlaqə saxlayır

İsveçrə 15-16 iyun tarixlərində Bürgenstock şəhərində keçiriləcək Ukrayna üzrə konfransın hazırlanması ilə bağlı məsələlərdə Rusiya ilə diplomatik əlaqələri saxlayır.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassis Berndə keçirilən mətbuat konfransında bildirib.

“Bizim Moskva səfirliyimiz vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi arasında mütəmadi olaraq əlaqələrimiz var. Bürgenstokda keçiriləcək konfransa hazırlıq barədə məlumat verməyə davam edirik”, – Kassis deyib.

Qeyd edək ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstock kurortunda Ukraynada sülh ilə bağlı konfrans keçirməyi planlaşdırır.