Xəbərlər

İsveçrə: Ukraynada nizamlamaya vasitəçilik etməyə hazırıq

İsveçrə prezidenti Karin Keller-Sutter ölkəsinin Ukrayna böhranının həllində vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrə prezidenti jurnalistlərə açıqlamasında bildirib.

“Mən Ukrayna prezidenti Volodimir Zelenski ilə bu gün telefon danışığı zamanı onu əmin etdim ki, İsveçrə Ukraynaya dəstəyini davam etdirəcək. Biz sülh prosesinə töhvə verməyə hazırıq”, – prezident əlavə edib.