Xəbərlər

İsveçrə Ukraynaya görə Almaniyadan silah tədarükünü təxirə salıb

İsveçrə Almaniyanın “Dynamit Nobel Defense GmbH” şirkətindən sifariş verdiyi “RGW 90” tank əleyhinə qumbaraatanları almaq üçün 2026-cı ilə qədər gözləməyə razılaşaraq, sırasını bu silahları Ukraynaya təhvil verməyi planlaşdıran Almaniyaya verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrə hökuməti (Federal Şura) bildirib.

Qeyd edilib ki, belə mövqe konfederasiyanın neytral statusuna zidd deyil.

“İsveçrənin Müdafiə Nazirliyi Almaniya ilə çatdırılma tarixlərini dəyişməyə razılaşıb. Söhbət “Dynamit Nobel Defense GmbH” şirkətindən sifariş edilmiş “RGW 90″ qumbaraatanlarının son partiyasından gedir. İlk iki partiya daha əvvəl qəbul edilib. Almaniya bu silahları Ukraynaya ötürmək niyyətindədir. Çatdırılma tarixlərinin mübadiləsi səbəbindən İsveçrə öz sifarişini 2026-cı ildə, yəni planlaşdırılandan təxminən bir il gec alacaq”, – məlumatda deyilir.