İsveçrə Xarici İşlər Nazirliyi Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı diplomatik missiyasını avqustun 25-26-da Cenevrəyə qeyri-rəsmi səfərə dəvət edib, lakin Rusiya tərəfi bundan imtina edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) Kommunikasiyalar Şöbəsinin rəhbəri Nikolas Bidot bildirib.
“Dəvət Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının missiyalarına göndərilib. Rusiya missiyası hazırda Cenevrəyə getməyəcəyini açıqlayıb, qalan 14 heyətin gəlməsi gözlənilir”, – Nikolas qeyd edib.