Xəbərlər

İsveçrə XİN: Ukrayna Baş nazirinin səfəri ləğv edilib

Ukraynanın Baş naziri Denis Şmıqalın İsveçrəyə rəsmi səfəri fors-major səbəblərə görə ləğv edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Keystone-ATS” xəbər agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Bundan əvvəl Şmıqalın oktyabrın 16-da İsveçrəyə səfər edəcəyi, daha sonra isə oktyabrın 17-18-də Lozannada iki ölkənin birgə təşkil etdiyi minalardan təmizləmə ilə bağlı beynəlxalq konfransda iştirak edəcəyi, eyni zamanda onun İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdlə birgə mətbuat konfransında çıxışının da gözlənildiyi bildirilirdi.