Xəbərlər

İsveçrədə silahlı hücum olub, 2 nəfər ölüb

İsveçrənin cənubunda baş verən silahlı hücumda 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bunu İsveçrə polisi verdiyi açıqlamada bildirib.

Bildirilib ki, silahlı hücum İsveçrənin Valais bölgəsində yerləşən Sion şəhərində baş verib.

İlkin araşdırmaya görə, qurbanlara atəş açan 36 yaşlı təcavüzkarın kimliyi müəyyən edilib və həmin şəxsin tapılması üçün əməliyyata başlanılıb.

Qeyd edək ki, 9 milyon əhalisi olan İsveçrədə silahlanma səviyyəsi yüksəkdir. İsveçrədə yerləşən bir araşdırma qurumunun məlumatına görə, ölkə vətəndaşlarında təxminən 2,3 milyon silah var.