Xəbərlər

İtaliya: Fələstinlilərin dövlət yaratmaq hüququ var

“Fələstinlilərin dövlət yaratmaq hüququ var, lakin bunun üçün onlara Yaxın Şərqdə belə bir dövlət yarada biləcək lider lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı deyib.

“Biz inanırıq ki, fələstinlilərin öz dövlətlərini yaratmaq hüququ var, lakin belə bir dövlətin yaradılması üçün fələstinlilərin Yaxın Şərqdə bu dövləti yarada biləcək liderə sahib olması lazımdır. Ancaq indi Qəzzada müharibəni dayandırmaq və israilli girovları azad etmək lazımdır. Qurbanların çoxu qadın və uşaqlardır. Biz İsraili HƏMAS-ın qurbanı olmuş və başqa seçimi olmayan Fələstin mülki əhalisini müdafiə etməyə çağırırıq”, – Meloni bildirib.