Xəbərlər

İtaliya İsrailə silah ixracı lisenziyalarını dayandırıb

İtaliya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın bu ölkənin ərazisinə hücumundan sonra Qəzza sektorunda əməliyyatlara başlayan İsrailə silah ixracı üçün yeni lisenziyaların verilməsini dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bunu çərşənbə axşamı Baş nazir Giorgia Meloni deyib.

“İsrailin Qəzzada əməliyyatı başlayandan sonra hökumət İsrailə silah ixracı üçün hər hansı yeni lisenziyanın verilməsini dərhal təxirə saldı”, – deyə Meloni qeyd edib.

Baş nazir əlavə edib ki, Fələstin anklavında böhran vəziyyəti qaldığı və silahların istifadə edilməsi riski olduğu müddətdə lisenziyaların verilməsi bərpa olunmayacaq.