İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacani İsrailin İrana endirdiyi zərbələrdən sonra Yaxın Şərq səfirləri və nazirliyin böhran qrupunu fövqəladə toplantıya çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Respublikanın İrandakı səfirliyi ölkədəki həmvətənlərlə əlaqə saxlayır və vəziyyətin inkişafını yaxından izləyir, Romaya məlumat verir”, – məlumatda bildirilib.



