İtaliyanın baş naziri Giorgia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökumətinin regional hökumətlərə daha çox avtonomiya verəcək qanun layihəsi ilə bağlı müzakirələr zamanı İtaliya parlamentində dava düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd edilib ki, “Beş ulduz” hərəkatından (M5S) olan parlament üzvü Leonardo Donno İtaliya bayrağını açaraq qanun layihəsinə etirazını bildirib. Hakim partiyaların qanunvericiləri bu hərəkətə kəskin reaksiya verib, Donnoya yumruqla hücum ediblər.
Hadisədən sonra Donno aldığı zərbələrlə yerə yıxılıb və əlil arabasında parlamentdən çıxardılıb. Hadisədən sonra iclas təxirə alınıb.
Eyni zamanda, davanı sakitləşdirmək üçün müdaxilə edən mühafizəçinin yaralandığı bildirilir.