“İtaliya Ukraynanı dəstəkləməsinə baxmayaraq, Rusiya ilə müharibə aparmır”.
“Füyuzat”ın məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Antonio Tacani deyib.
“Biz heç bir şərtsiz Ukraynanın yanındayıq, ona hərbi, siyasi və humanitar yardım göstəririk. Amma Ukraynanı dəstəkləməyimizə baxmayaraq, biz Rusiya ilə müharibə vəziyyətində deyilik”, – Tacani bildirib.