ADA Universiteti İtaliya–Azərbaycan Universitetinin tərəfdaş ali məktəblərinin nümayəndə heyətini qəbul edib.
“Füyuzat”ın “Azərbaycan müəllim”inə istinadən məlumatına görə,”Luiss Guido Carli” Universiteti, Roma Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universitetinin nümayəndələri İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı münasibətilə universitetə gəliblər.
Açılış mərasimindən əvvəl qonaqlar yeni inşa olunmuş binalarla tanış olublar. Səfər çərçivəsində onlar ADA Universitetinin nümayəndələri və tələbələrlə görüşüblər.



