Xəbərlər

İtaliyanın Baş naziri Trampla telefon danışığı aparıb

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, dialoq zamanı həmsöhbətlər sabitlik və təhlükəsizliyin bərqərar olmasına kömək etməklə, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki böhran da daxil olmaqla, bütün əsas beynəlxalq məsələlər üzrə sıx koordinasiyada işləməyə hazır olduqlarını bildiriblər.

“Söhbət Roma və Vaşinqtonu həmişə birləşdirən güclü müttəfiqliyi, strateji tərəfdaşlığı və dərin tarixi dostluğu təsdiqləmək üçün bir fürsət idi. Sonda Meloni və Tramp ortaq dəyər və prinsiplərə əsaslanan yüksək səviyyəli ikitərəfli münasibətləri gücləndirmək yolunda davam etmək niyyətlərini təsdiq ediblər”, – mətbuat xidməti bildirilib.