Kaliforniya qubernatoru ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksika da daxil olmaqla ölkələrə tətbiq etdiyi gömrük rüsumlarına qarşı hüquqi addımların atılacağını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə qubernator jurnalistlərə açıqlamasında bildirib.
“Tramp tarifləri yalnız xarici təhdidlərə qarşı çıxmaq üçün tətbiq edir. Əməliyyatları dondurmaq və bloklamaq səlahiyyəti verən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktından (IEEPA) istifadə qanuna ziddir, buna görə də bu barədə hüquqi tədbirlər başlanacaq”, – o qeyd edib.
Tariflərin qüvvəyə minməsi üçün Konqresin təsdiqinin lazım olduğu, həmçinin iddianın məhkəmədən tariflərin dayandırılması üçün təcili tədbirlər tələb ediləcəyi də qeyd edilib.