Xəbərlər

Kaliforniya Universitetində Fələstinə dəstək nümayişləri yenidən başlayıb

ABŞ-ın Kaliforniya Universitetində (UCLA) Fələstini dəstəkləyən tələbələr İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün yeni həmrəylik düşərgəsi yaradıb.

“Füyuzat”ın məlumatına görə, UCLA rektoru Qen Blokun ABŞ Konqresi tərəfindən universitetə ​​bağlı kampuslarda “yəhudi tələbələrin təhlükəsizliyini təmin etməməkdə” ittiham edilməsinə paralel olaraq yüzlərlə tələbə Los-Ancelesdə toplaşaraq yenidən etiraza başlayıb.

Tələbələr kampusdakı “Kerckhoff Hall” binası yaxınlığında toplaşaraq taxta barrikadalar, metal hasarlar və stollardan istifadə etməklə yeni düşərgə yaradıblar.

Universitet işçiləri etirazçılara dərhal şəhərciyi tərk etmələri barədə xəbərdarlıq edib, əks halda cəza və ya həbs olunacaqları ilə hədələyiblər.

Fələstinə dəstək nümayişinə qatılan tələbələrdən bəziləri xəbərdarlıqdan sonra etirazı dayandırsalar da, bəziləri yenidən “Dodd Hall” məktəb binasına toplaşıb.