“Səsin rəngi” sərgisində Rəşid Behbudovun zəngin irsindən dəyərli nümunələr təqdim olunub. Bu istiqamətdə geniş kolleksiyamız mövcuddur.
“Füyuzat” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev deyib.
Rəşid Behbudovun 110 illiyinə həsr olunan tədbirlərin reallaşması barədə məlumat verən Kamil Şahverdiyev deyib: “Tədbirlərin müxtəlif muzey və sərgi salonlarında, eləcə də Kaliforniya Universitetində və Los-Anceles şəhərində davamlı şəkildə keçirilməsi planlaşdırılır. Bu layihələr Rəşid Behbudov irsinin təbliğinə mühüm töhfədir”.



