“Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Rusiyaya qarşı yanvarın 31-də başa çatan sanksiyaların uzadılması ilə bağlı qərar verəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə Aİ Şurasının iclasına gələrkən deyib.
“Mən sanksiyaların uzadılması ilə bağlı qərar gözləyirəm”, – Kallas qeyd edib.