Xəbərlər

Kallas: Aİ Suriyaya qarşı sanksiyaları tədricən yumşalda bilər

“Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları tədricən yüngülləşdirə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Mən Suriyada keçid prosesini koordinasiya etmək üçün Romada keçirilən “P5″ toplantısına qatıldım. Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətə ehtiyac olduğunu bir daha təsdiqlədik. Aİ Suriyaya qarşı sanksiyaları tədricən yumşalda bilər”, – Kallas qeyd edib.