“Avropa İttifaqı (Aİ) 27 ölkədən ibarət olduğu, onların hər birinin öz ordusu olması və NATO ilə sıx əməkdaşlıq etdiyimiz üçün ittifaqın öz ordusunun olmasına ehtiyac yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
Kallasın fikrincə, NATO və Aİ sıx əməkdaşlıq etməlidir.
“Biz NATO-nun etdiklərini təkrarlamamalıyıq. Aİ-də 27 ordumuz var və onların hamısı birlikdə əməkdaşlıq etdiyimiz kollektiv müdafiəyə töhfə verməlidir. Hər bir ölkənin müdafiə planlaması və müdafiə büdcəsi var. Ona görə deyə bilmərik ki, bizə yeni Avropa ordusu lazımdır. NATO və Aİ-yə gəldikdə bu 27 üzvün (Avropa İttifaqının) birlikdə çox yaxşı işləməsinə ehtiyacımız var”, – Kallas dünən Anadolu Agentliyinə deyib.