Xəbərlər

Kallas: Kiyevə yardım planını təsdiqləməklə bağlı çoxlu problemlər var

“Avropa İttifaqı (Aİ) Ukraynaya 40 milyard avro dəyərində yeni yardım paketinin ayrılması təklifini təsdiq etməzdən əvvəl bir çox detallar üzərində razılaşmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin iclasına gələrkən deyib.

“Bu qərara ümumi siyasi dəstək var, lakin hələ razılaşdırılmalı olan bir çox detallar var. Müdafiə nazirləri bu məsələ ilə bağlı çıxış etməlidirlər və biz onları dinləmək niyyətindəyik”, – o qeyd edib.