“Rusiya iqtisadiyyatı yaxşı dövrlərini yaşamır və Moskva Avropa İttifaqının (Aİ) onun Ukraynada davam edən işğalı ilə əlaqədar tətbiq etdiyi sanksiyalara görə hərbi-sənaye kompleksini maliyyələşdirmək üçün vəsait itirir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib.
“Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işi davam etdirir. Rusiya Federasiyasının kölgə donanmasına əvvəllər tətbiq edilən məhdudiyyətlər nəticəsində yalnız bir həftə ərzində Rusiyanın Baltik və Qara dəniz vasitəsilə neft nəqlindən əldə etdiyi gəlirləri 30% azalıb”, – o qeyd edib.



