Xəbərlər

Kanada: Trampın hərəkətlərinə görə ABŞ ilə münasibətlər heç vaxt əvvəlki kimi olmayacaq

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ prezidenti Donald Trampın ticarətlə bağlı hərəkətlərinə görə Kanada və Avropa İttifaqının ABŞ ilə münasibətlərinin bir daha heç vaxt əvvəlki kimi olmayacağını deyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Melani Coli Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə bildirib.

“Mən avropalılara demək istəyirəm ki, ABŞ-la münasibətlər heç vaxt əvvəlki kimi olmayacaq. Amerikalılar problemləri fərqli şəkildə həll etmək istəyirlər, biz bunu başa düşürük. Ona görə də biz ABŞ ilə ticarət və təhlükəsizlik mövzusunda razılaşmaya çalışacağıq, birini digərindən təcrid etmək mümkün deyil”, – nazir vurğulayıb.