Xəbərlər

Kanada Ukraynaya 47 milyon dollar hərbi yardım ayıracaq

“Kanada Kiyevə 64,8 milyon Kanada dolları dəyərində (47 milyon dollar) hərbi yardım ayırmağı planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyr deyib.

Qeyd edilib ki, ayrılan vəsait odlu silah, mərmi və qoruyucu vasitələrin alınmasına, həmçinin ukraynalı döyüşçülərin təliminə sərf olunacaq.

Ümumilikdə, Kanada 2022-ci ilin fevralından bu günə qədər Kiyevə təxminən 4,5 milyard Kanada dolları (3,26 milyard dollar) dəyərində hərbi yardım edib.