Xəbərlər

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki göndərəcək

Kanada Ukraynaya CRV-7 idarə olunmayan təyyarə raketləri üçün 80,8 mindən çox mühərrik, o cümlədən Kanada Silahlı Qüvvələri tərəfindən əvvəllər istismardan çıxarılan texnikalar və həmin texnikalarda istifadə etmək üçün 1,3 min döyüş başlığı verəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Amerika ölkəsinin milli müdafiə naziri Uilyam Bleyerin bəyanatında deyilir.

Bundan əlavə, Ottava Kiyevə 970 pulemyot və 10,5 min tapança, həmçinin Kanada ordusu tərəfindən istismardan çıxarılan M113 və “Coyote LAV” zirehli transportyorlarının hissələrini təhvil verəcək.

Qeyd olunur ki, bu yardımın partiyası artıq göndərilməyə hazırlanır və Polşa vasitəsilə Ukraynaya çatdırılacaq.