Xəbərlər

Kanadada son 30 ilin ən dəhşətli yanğını baş verib

Kanadanın Manitoba əyalətində son 30 ilin ən pis yanğın mövsümü yaşanır. Yanğın səbəbindən ən azı 15 min insan təxliyə olunub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Globe and Mail” qəzeti məlumat yayıb.

Səlahiyyətlilər daha əvvəl bildiriblər ki, yüzlərlə meşə yanğınından çıxan tüstü Kanada və ABŞ-ın şimalında geniş ərazilərə yayılaraq bu bölgələrdə havanın keyfiyyətinin qeyri-sağlam səviyyələrə çatmasına səbəb olub.