“Kanadanın xarici işlər naziri Melani Coli və maliyyə naziri Dominik Leblan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşmək üçün cümə günü ABŞ-a səfər edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CTV” məlumat yayıb.
“Coli və Leblan noyabrda Kanadanın Baş naziri Castin Trüdonun Trampla onun iqamətgahında müzakirə etdiyi məsələlərlə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədirlər”, – kanal Kanadanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.