Xəbərlər

Katz: İsrail Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək

“İsrail Fələstin dövlətinin yaradılmasına razı olmayacaq, çünki bu, İsrailin öz varlığını təhlükə altına qoya bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

“İsrail heç vaxt öz varlığını təhlükə altına alacaq Fələstin dövlətinin yaradılması ilə razılaşmayacaq. İsrailin prioritetləri aydındır: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, bütün girovları azad etmək, Qəzzada HƏMAS-ı ləğv etmək və bundan sonra Səudiyyə Ərəbistanı ilə normallaşma haqqında razılaşma əldə etmək. ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planı 2023-cü il 7 oktyabr hadisələrindən sonra İsrail sakinlərinin təhlükəsizliyini təmin edə biləcək yeganə plandır”, – nazir qeyd edib.