İsrailin müdafiə naziri İsrail Katz ABŞ prezidenti Donald Trampın təklifinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələrinə qəzzalıların Fələstin anklavını könüllü olaraq tərk etmələrinə imkan verəcək plan hazırlamağı tapşırdığını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qəzzalıların çıxış azadlığı olmalıdır. Plana quru keçidləri ilə çıxış variantları, dəniz və hava yolu ilə çıxış üçün xüsusi şərtlər daxil olacaq. İsraili Qəzzada həyata keçirdiyi əməliyyata görə ittiham edən ölkələr hər bir Qəzza sakininin öz ərazilərinə daxil olmasına icazə verməyə borcludur”, – məlumatda qeyd olunub.



