Xəbərlər

Katz: İsrail Qəzzada hərbi əməliyyatları genişləndirə bilər

“HƏMAS hərəkatı anklavda saxlanılan girovları azad etməkdən imtina edərsə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatının əhatə dairəsini genişləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

“İsrailin Qəzzada İDF komandanlığı tərəfindən siyasi rəhbərliyin dəstəyi ilə həyata keçirdiyi siyasət aydın və birmənalıdır: ilk növbədə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoffun planı çərçivəsində bütün girovları azad etmək və HƏMAS-ın sonrakı məğlubiyyətinə şərait yaratmaq üçün tədbirlər görülür. Əgər HƏMAS müqaviləni qəbul etməkdən imtina etməkdə israrlı olsa, İsrail qoşunlarının hərəkətləri genişlənərək, yeni mərhələlərə keçəcək”, – Katz əlavə edib.