Xəbərlər

Kavelaşvili: Tramp administrasiyası Gürcüstana lazımi diqqət yetirmir

“ABŞ prezidenti Donald Tramp administrasiyası Gürcüstana lazımi diqqət yetirmir, bu isə təəssüf doğurur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə respublika prezidenti Mixail Kavelaşvilinin Amerika liderinə ünvanladığı açıq məktubda qeyd olunub.

“Bir daha təəssüflə qeyd etmək istərdim ki, sizin administrasiyanız Gürcüstana lazımi diqqət göstərmir, bu, hökumətlər arasında dəyərlərin tam uyğunluğunu nəzərə alınmaqla, gürcü xalqını təəccübləndirir”, – məktubda bildirilib.